Sənaye zonalarında istehsal edilən məhsulun 32 faizə yaxın hissəsi ixrac edilib

2025.02.12 10:12 (UTC+04:00)

Sənaye zonaları ölkədə istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 2015-ci ildən 2024-cü il də daxil olmaqla sənaye zonalarında 15,4 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,9 milyard manatlıq hissəsi ixrac edilib.

Həmçinin 2024-cü ildə sənaye zonalarında 3,3 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,07 milyard manatlıq hissəsi ixracın payına düşür. 2023-cü illə müqayisədə ixrac 8,1 faiz artıb. Sənaye zonalarında istehsal edilən məhsullar dünyanın 70-dən çox ölkəsinə ixrac edilir.

2024-cü ildə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,6 faiz, ixracında isə 26 faiz təşkil edib.