Serbiya ilə ticarət dövriyyəsində artım qeydə alınıb

2025.02.11 13:14 (UTC+04:00)

2024-cü il ərzində Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 16,7 dəfə artaraq 190,3 milyon dolları üstələyib.

İxrac – idxal:

- Azərbaycandan Serbiyaya ixrac: 181,2 milyon dollar (+366,1 dəfə). 2023-cü ildə ixrac həcmi cəmi 495 min dollar təşkil edib

- Serbiyadan Azərbaycana idxal: 9 milyon dollar (-16,7%)

2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Serbiya ilə ticarətin payı 0,39 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi