Dünya Bankı: Azərbaycanda 30 ildə adambaşına düşən gəlir 60 dəfə artıb

2025.02.10 12:48 (UTC+04:00)

Azərbaycanda 30 ildə adambaşına düşən gəlir 60 dəfə artıb. Bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays “Dünya inkişafı haqqında hesabat”ın təqdimatında deyib.

O qeyd edib ki, 1993-cü ildə Azərbaycanda adambaşına düşən gəlir 110 dollar olub: “2023-cü ildə Azərbaycan ortagəlirli iqtisadiyyata çevrilib və bu rəqəmi 60 dəfə artıraraq 6600 dollara çatdırıb. Azərbaycan bu nəticəni əldə etmək üçün öz təbii ehtiyatlarından uğurla istifadə edib”.

AZƏRTAC