"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2025.02.10 11:48 (UTC+04:00)

- Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-dək uzadıldı.

- Evini satanlar vergi verməlidir. Bəs kimlər vergi ödəməkdən azaddır?

- Sizdən xəbərsiz adınıza kredit götürə bilərlər. Dələduzlar bunun üçün hansı üsullara əl atır?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 9 fevral 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Günel Bəhramqızının suallarını cavablandırır.