“Growth Lab”ın əməkdaşları ilə görüş keçirilib

2025.02.04 11:03 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondunda (SİF) Harvard Universitetinin beynəlxalq inkişaf mərkəzi “Growth Lab”-ın əməkdaşları ilə görüş keçirilib.

Görüşdə Fondun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bununla yanaşı, SİF-in maliyyə mexanizmləri təqdim edilib.

Sonda nümayəndələrin sualları cavablandırılıb.