Qazaxıstan aviaşirkəti Astanadan Bakıya mövsümi uçuşlara başlayır

2025.02.03 13:10 (UTC+04:00)

Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti yay naviqasiya dövründə mövcud olacaq Astana-Bakı-Astana marşrutu üzrə biletlərin satışına başlayıb.

Aviaşirkətin məlumatına görə, Bakıya və Bakıdan uçuşlar bu il iyunun 2-dən həftədə iki dəfə - bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.