Salfet istehsalının inkişafı layihəsi üzrə güzəştli kredit ayrılıb

2025.01.31 17:59 (UTC+04:00)

Sahibkarlığın İnkişafı Fondu tərəfindən salfet istehsalının inkişafı layihəsi üzrə 500 min manat güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, güzəştli kredit "Ləzzət Qida Sənaye" MMC-yə verilib. Layihənin maliyyələşdirilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə həyata keçirilib.