Elektron dövlət satınalmalarında orta iştirakçı sayı 2 dəfəyədək artıb

2025.01.31 17:16 (UTC+04:00)

Dövlət satınalmalarının rəqəmsallaşdırılması ilə şəffaflığın və hesabatlılığın təmin olunmasına, sahibkarların etimadının artmasına və satınalma prosesində fəal iştiraklarına nail olunur.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ildə elektron dövlət satınalmalarında yekunlaşmış müsabiqələr üzrə orta iştirakçı sayı 6,4 təşkil edib. 2023-cü il ilə müqayisədə müsabiqələrdəki orta iştirakçı sayında 2 dəfəyədək artım müşahidə edilib.