İstehlakçı hüquqlarına dair baxılmış müraciətlərin bölgüsü açıqlanıb

2025.01.30 16:32 (UTC+04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin istehlak bazarında tənzimləyici tədbirləri istehlakçıları ədalətsiz biznes təcrübələrindən qoruyur, bizneslərin hesabatlılığını təmin etməklə istehlakçı rifahının yüksəldilməsinə töhfə verir.

Dövlət Xidmətinin məlumatına görə, 2024-cü il ərzində istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət fəaliyyəti ilə əlaqədar baxılan 7979 istehlakçı müraciətinin 3880-i qeyri-qida, 3472-si xidmət, 366-sı qida, 124-ü dərman vasitələri və tibbi avadanlıqlar, 20-si tütün məmulatları, 117-si digər sahələrlə bağlı olub.