İyunda Azərbaycan qeyri-neft sektoruna aid məhsulları ən çox Rusiyaya göndərib

2019.07.30 14:39 (UTC+04:00)

Bu ilin iyun ayında ölkəmizin qeyri-neft sektoru üzrə ixracının dəyəri 192 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın dəyəri 13 milyon dollar və ya 7 faiz artıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın məlumatlarına əsasən, iyunda qeyri-neft sektoruna aid ən çox məhsul Rusiyaya (93,8 milyon dollar), Türkiyəyə (32,5 milyon dollar), İsveçrəyə (14,7 milyon dollar), Gürcüstana (8,4 milyon dollar) və Ukraynaya (5,7 milyon dollar) ixrac edilib.

May ayında olduğu kimi, iyunda da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon dollar) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 13,5 milyon dollar) üçüncü yerdə qərarlaşıb.