ABŞ-ın vergi orqanları kriptovalyuta sahiblərinə kütləvi qaydada məktublar göndərərək onlardan öz gəlirləri haqqında hesabat vermələrini və virtual valyuta ilə etdikləri tranzaksiyalar üçün arayış təqdim etmələrini tələb ediblər. "Wall Street Journal" nəşrinin məlumatına əsasən, göstərilən məlumatları verməkdən imtina edənləri ciddi maliyyə sanksiyaları gözləyir. ABŞ-ın Daxili Gəlirlər Xidməti ümid edir ki, vətəndaşlar bu tələblərə ciddi yanaşacaqlar. Bildirilib ki, indiyədək kriptovalyuta sahiblərinə 10 mindən artıq rəsmi məktub göndərilib. Bundan əlavə, onlar məktubları üç variantda alırlar. Bir qədər əvvəlsə məlumat yayılmışdı ki, hakerlər Tokiodakı kriptovalyuta birjasından 32 milyon dollar dəyərində vəsait oğurlayıblar.