Ötən ay "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 12,1 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

2019.07.30 12:47 (UTC+04:00)

Bu ilin iyulunda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 12,1 milyon ABŞ dolları olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na əsasən, cari ilin yanvar-iyul aylarında isə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 71,8 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib.