Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1.410,7 min və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu haqda məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yayılıb. Qeyd olunub ki, bu ilin iyun ayında ölkəyə gələn əcnəbi vətəndaşların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Həmin əməliyyatların həcmi 115,1 mln. manat təşkil edib ki, bu da ötən ilin iyun ayı ilə müqayisədə 8 faiz çoxdur. Ümumilikdə, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici ölkə vətəndaşlarının bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 590,8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 16,4 faiz çoxdur.