Bu ilin 25-27 fevral tarixlərində Daşkənd şəhərində 26-cı Özbəkistan Beynəlxalq İnşaat Sərgisi (“UzBuild 2025”) keçiriləcək. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, tədbir iki sərgi məkanında – “Uzekspocenter” və “CAEx Uzbekistan” meydançalarında təşkil olunacaq. “UzBuild 2025” sərgisində iştirak etmək üçün link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.