"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2025.01.21 16:49 (UTC+04:00)

– 2024-cü il ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 176 milyon manatdan çox vəsait geri qaytarılıb.

– Dövlətə məxsus ucuz maşınlar satışa çıxarılır. Bəs bu hərraclarda necə iştirak etmək olar?

– Özünüməşğulluq proqramı genişləndirilib. Dövlətin dəstəyi ilə obyekt açmaq üçün nə etmək lazımdır?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 19 yanvar 2025-ci il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Dövlət Məşğulluq Agentliyinin Məşğulluq Tədbirləri Departamentinin müdiri Pərviz Bənnalı Günel Bəhramqızının suallarını cavablandırır.