Qeyri-neft məhsullarından ən cox pomidor, pambıq mahlıcı və qızıl ixrac edilib

2019.07.30 12:12 (UTC+04:00)

Bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji İnkişaf və Planlama departamentinin rəhbəri Ramil Hüseyn bildirib. Onun sözlərinə görə, 2019-cu ilin birinci yarısında meyvə-tərəvəz ixracı 318,4 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 103,3 mln. dollar, pambıq lifi ixracı 75,7 mln. dollar, elektrik enerjisinin ixracı 51,9 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 46,7 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 45,6 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30 mln. dollar, pambıq ipliyi ixracı 14,6 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı isə 15,5 mln. dollar təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,2 dəfə, kimya sənayesi məhsullarının ixracı 49 faiz, pambıq ipliyinin ixracı 47 faiz, plastmas və onlardan hazırlanan məmulatların ixracı 44 faiz, meyvə-tərəvəzin ixracı isə 15 faiz artıb.

R.Hüseynin sözlərinə görə, hesabat dövründə qeyri-neft sektoru üzrə ixrac 192 mln. dollar təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 13 mln. dollar və ya 7 faiz artıb. Cari ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 mln. dollar), Türkiyəyə (32,5 mln. dollar), İsveçrəyə (14,7 mln. dollar), Gürcüstana (8,4 mln. dollar) və Ukraynaya (5,7 mln. dollar) ixrac edilib.