Qeyri-neft məhsullarının ixracında ciddi artım müşahidə olunur

2019.07.30 11:41 (UTC+04:00)

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji inkişaf və planlama departamentinin rəhbəri Ramil Hüseyn məlumat verib. Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə 979 mln. dollar dəyərində ixrac reallaşdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 127 mln. dollar və ya 15 faiz artıb.

R. Hüseyn qeyd edib ki, 2019-cu ilin birinci yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11 faiz, Türkiyəyə 18 faiz, Gürcüstana 15 faiz, İsveçrəyə 6 faiz, İtaliyaya isə 2,3 dəfə artıb.