Naxçıvanda ÜDM istehsalı 3,1 faiz artıb

2025.01.15 15:21 (UTC+04:00)

2024-cü ildə Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 1,539 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 3,1 faiz çoxdur.

Naxçıvan MR-in Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 2,5 faiz artaraq 3 277 manat olub.