Qarabağ və Şərqi Zəngəzurda 3,4 min kilometrə yaxın avtomobil yolları inşa edilir

2025.01.10 10:48 (UTC+04:00)

Qarabağ və Şərqi Zəngəzurda 3,4 min kilometrə yaxın avtomobil yolları inşa edilir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazir müavini qeyd edib ki, 2004-ci ildən başlayaraq ölkədə 21 min kilometr avtomobil yolları inşa edilib: “Bu müddətdə 335 körpü və 45 ədəd tunel inşa edilib”.

AZƏRTAC