Naxçıvanda büdcə daxilolmaları 100 milyon manata yaxın artıb

2025.01.08 15:35 (UTC+04:00)

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 230,7 milyon manat təşkil edib.

Nazirliyin məlumatın agörə, bu vəsaitin 226,6 milyon manatı Dövlət Vergi Xidmətinin xətti ilə, 2,3 milyon manatı dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən, 1,8 milyon manatı isə digər mənbələrdən daxilolmalardır.

2024-cü il üzrə büdcə daxilolmaları 2023-cü illə müqayisədə 62,3 milyon manat və ya 37 faiz, 2022-ci illə müqayisədə isə 97 milyon manat və ya 72,6 faiz artıb.