“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilib

2024.12.29 16:46 (UTC+04:00)

Nazirlər Kabineti “Dövlət investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında Qərar qəbul edib.

Qərara əsasən, 4.2-1-ci bənddə “sonunadək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir” sözləri “10-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir” sözləri ilə əvəz edilib.