Misirə məhsul ixracı 5 dəfədən çox artıb

2024.12.29 11:58 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın Misirlə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 3,5 dəfədən çox artaraq 41 milyon dolları üstələyib.

İxrac – idxal:

Azərbaycandan Misirə ixrac: 4,99 milyon dollar (+5,4 dəfə)

Misirdən Azərbaycana idxal: 36 milyon dollar (+3,3 dəfə)

Cari ilin ilk 11 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Misirlə ticarətin payı 0,1 faiz təşkil edib.

Mənbə: Dövlət Gömrük Komitəsi