Kredit qoyuluşlarının həcmi 4,4 milyard manatdan çox artıb

2024.12.25 15:04 (UTC+04:00)

Bu ilin noyabr ayında kredit qoyuluşlarının həcmi 27 368,1 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 19,6 faiz və ya 4 486,9 milyon manat çoxdur.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, cari ilin oktyabr ayına nisbətdə isə noyabrda kredit qoyuluşlarının həcmində 1,1 faiz və ya 287,6 milyon manat artım müşahidə olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayının 1-nə Azərbaycanda kredit qoyuluşlarının həcmi 23 183,0 milyon manat təşkil edib.