Qanunvericiliyə əsasən, bir sıra vergi bəyannamələri dekabrın 20-dək təqdim edilməlidir.
Xatırladaq ki, hesabatların vaxtında təqdim olunması vergi ödəyiciləri üçün bir sıra üstünlüklər qazandırır. Dövlət Vergi Xidməti bəyannamələrin təqdim edilməsi ilə bağlı bəzi vacib məqamları vergi ödəyicilərinin diqqətinə çatdırır:
Vergi ödəyicilərinə xidmət mərkəzlərində müraciət edənlərin sayının çoxluğunu və elektron sistemə daxil olanların sayının artdığını nəzərə alaraq bəyannamələrin təqdim edilməsini son günə saxlamayaq!