Dövlət büdcəsinin icrasında 3 milyard manatdan çox profisit yaranıb

2024.12.17 15:33 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 34 056,2 milyon manat, xərcləri 31 038,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, büdcənin icrasında 3 018,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,7 faizi qədər profisit yaranıb.