İş yerlərinin 92 faizindən çoxu qeyri-dövlət sektorunda açılıb

2024.12.16 15:36 (UTC+04:00)

2024-cü ilin doqquz ayı ərzində ölkədə 69,6 min yeni iş yeri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 92 faizindən çoxu qeyri-dövlət sektorunda açılıb.

Bunu “Dayaq” mükafatının təqdimat mərasimində çıxış edərkən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.

E.Əliyevin sözlərinə görə, 2024-cü ildə özəl sektorda əmək müqavilələrinin payı 2018-ci ildəki 37,1 faizdən 52,4 faizə çatıb.