Vergilər Nazirliyinin Çağrı Mərkəzi  beynəlxalq sertifikata layiq görülüb

2019.01.03 16:14 (UTC+04:00)

Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu tərəfindən keçirilmiş bir aylıq auditin nəticəsinə görə Vergilər Nazirliyinin Çağrı Mərkəzi ISO 18295-1:2017-07 sertifikatına layiq görülüb. Sertifikat hər iki ildən bir müşahidə monitorinqi keçirilməsi şərti ilə 8 noyabr 2024-cü ilədək qüvvədə olacaq.

Xatırlatmaq yerinə düşər ki, Vergilər Nazirliyinin Çağrı Mərkəzi Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutunun keçirdiyi auditin nəticəsinə görə 2011-ci ildə ölkəmizdə ilk dəfə olaraq Standartlaşma üzrə Avropa Komissiyası ("Austrian Standards plus") tərəfindən EN-15838 standartlarına uyğunluğu barədə keyfiyyət sertifikatı almış və həmin sertifikat 2018-ci ilin noyabr ayının 8-dək qüvvədə olmuşdu.

Fəxriyyə İKRAMQIZI