Fransa tərəfindən Azərbaycandakı istifadəyə yararsız neft və qaz yataqlarının reabilitasiyası ilə bağlı layihə hazırlanıb. Bu barədə Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Lö Mer jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Azərbaycanda köhnə, istifadəyə yararsız neft və qaz yataqlarının ekoloji cəhətdən yararlı şəkildə reabilitasiyası ilə bağlı Fransa tərəfindən layihə hazırlanıb və bu layihə reallaşa bilər.