Naxçıvanda “Hərracların Təşkili Mərkəzi” üçün müasir infrastruktur qurulur

2024.12.10 16:59 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs üçün müasir infrastrukturun qurulmasına başlanılıb.

Nazirliyin məlumatına görə, Mərkəz hərrac və müsabiqələrlə yanaşı, elektron hərracların təşkili və keçirilməsi üçün ən son texnoloji avadanlıqlarla təchiz olunacaq.

Elektron Hərrac Sisteminin muxtar respublikada tətbiqi hərraclarda iştirak üçün müraciətlərin elektron qəbuluna, beh ödənişlərinin elektron yolla həyata keçirilməsinə, vətəndaşların uzaq məsafə qət etmədən hərraclarda onlayn iştirakına şərait yaradacaq. Bu isə hərracların keçirilməsi prosesində operativliyin və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edəcək.