Qurudulmuş meyvə ixracından əldə olunmuş gəlir açıqlanıb

2024.12.09 17:48 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkəmizdən xaricə 1 597,3 ton qurudulmuş meyvə ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,8 faiz çoxdur.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hesabat dövründə qurudulmuş meyvə ixracından əldə olunan vəsait 5 137,2 min dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisini 17 faiz üstələyir.