- Bazarlara vergi nəzarəti gücləndirilir. Söhbət hansı bazarlardan gedir?
- İşsizlər üçün 17 milyon manat ayrılır. Ödənişi kimlər və necə ala bilər?
- Evlərin qeydiyyatı ilə bağlı yeniliklər gözlənilir. Bu sahədə nə dəyişəcək?
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 8 dekabr 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov Günel Bəhramqızının suallarını cavablandırıb.