Fransa Azərbaycanla əməkdaşlığın yeni mərhələyə yüksəlməsində maraqlıdır. Bu sözləri Fransanın İqtisadiyyat və Maliyyə naziri Brüno Le Mer Azərbaycanın Maliyyə naziri Samir Şərifovla keçirdiyi görüş zamanı səsləndirib. Onun sözlərinə görə, Fransa Azərbaycanda neft-qaz layihələri çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Qeyd olunub ki, Fransa şirkətləri ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı, nəqliyyat sektoru, maliyyə, ekologiya və sair sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır.