5144 layihə üzrə 212 milyon manata yaxın güzəştli kredit verilib

2024.12.06 15:57 (UTC+04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5144 layihənin maliyyələşdirilməsinə 211,7 milyon manat güzəştli kredit verilib.

Fondun məlumatına görə, verilən kreditlər hesabına 3861 yeni iş yerinin yaradılması nəzərdə tutulur.