Dünya Bankı Azərbaycanda dəmir yolu layihəsini maliyyələşdirəcək

2019.07.29 11:59 (UTC+04:00)

"Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib". Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. "Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir", - deyə o, bildirib.

Qeyd edək ki, bu layihənin hesabına 343 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq.