Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 faiz azdır. Son 1 ildə bu sığorta növü üzrə ödənişlər isə 9,6 dəfə artaraq 236 min manata çatıb. Yığımların azalması, ödənişlərin isə kəskin artması yüklərin sığortası üzrə zərərliliyi də artırıb. Belə ki, 2018-ci ilin yanvar-iyun aylarında bu növ sığortadan toplanılmış hər 100 manat sığorta haqqının 0,9 manatı müştərilərə geri ödənilmişdisə, 2019-cu ilin yanvar-iyun aylarında bu rəqəm 13,5 manat olub.