Bu ilin yanvar-oktyabr ayları ərzində ölkədən 29,1 milyon ABŞ dolları dəyərində 20,4 min tondan çox tərəvəz və meyvələrin emal məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarının göstəriciləri ilə müqayisədə ixracın dəyəri 18,1 faiz, həcmi isə 4,2 faiz artıb.
Cari ilin ilk 10 ayında bu kateqoriyadan olan məhsulların ümumi ixracda xüsusi çəkisi 0,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,04 faizə bərabər olub.