Vergi bəyannamələri ilə bağlı maarifləndirici videoçarx hazırlanıb VİDEO

2024.12.02 15:02 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni maarifləndirici videoçarx hazırlanıb. Çarxda vergi bəyannamələrinin mahiyyəti, hazırlanması və təqdim edilməsi ilə bağlı məsələlər izah edilir. Bəyannamələrin vaxtında göndərilməsinin əhəmiyyəti və qanunvericiliyin tələbləri diqqətə çatdırılır.