Dövlət satınalmalarının elektronlaşdırılması bütün təchizatçılara bərabər rəqabət şəraitinin yaradılmasına xidmət etməklə yanaşı, keçirilən satınalmaların nəticəsi barədə ictimaiyyətin məlumatlandırılmasına və ümumilikdə ictimai nəzarətin gücləndirilməsinə şərait yaradır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ilin ilk 10 ayı ərzində keçirilmiş elektron satınalmaların sayı 17 804, satınalmalarda iştirakçıların sayı isə 99 447 təşkil edib.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə müsabiqələrdəki iştirakçı sayında 2 dəfədən çox artım müşahidə edilib. Bir elektron satınalmada iştirak edən orta təchizatçı sayı isə 2023-cü il ilə müqayisədə 1,45 dəfə artaraq 5,66-ya çatıb.