İş və istirahət günlərinin yerləri dəyişdirilib

2024.11.28 12:09 (UTC+04:00)

Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında“ Qərar qəbul edib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.