Daha bir şirkət Qarabağda icra olunacaq layihələrə investisiya ayırıb

2024.11.28 10:17 (UTC+04:00)

"Norm" şirkəti tərəfindən Qarabağ iqtisadi rayonunda icra olunacaq bir sıra layihələrə 38 milyon manat investisiya ayrılıb. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şirkətin Marketinq departamentinin rəhbəri Ramil Mahmudov məlumat verib.

Onun sözlərinə görə, bu vəsait hesabına üç mərkəzin - inşaat materiallarının istehsalı, araşdırma və nəqliyyat təkmilləşdirmə mərkəzlərinin yaradılması nəzərdə tutulur.

“Layihələrin yaxın iki il ərzində tam başa çatdırılması hədəflənir”, - R.Mahmudov qeyd edib.