"2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub

2024.11.26 16:41 (UTC+04:00)

Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub.

2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 faiz çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 faiz çox) olacağı gözlənilir.