"İqtisadi zona" proqramının növbəti buraxılışı VİDEO

2024.11.25 14:06 (UTC+04:00)

Gələn ildən bir sıra mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin işçi sayı ilə şərtləndirilmədən tətbiqi nəzərdə tutulur. Söhbət hansı sahələrdən gedir?

İri beynəlxalq şirkətlərin ölkəmizdə vergi qeydiyyatı sahəsində yeniliklər var. Yeniliklər həmin şirkətlərin xidmətindən istifadə edən Azərbaycan istehlakçılarına nə verəcək?

Gələn il əməkhaqqı, pensiya və ünvanlı sosial yardımlar nə qədər artacaq?

Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi Zona" proqramının 24 noyabr 2024-cü il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov Günel Bəhramqızının suallarını cavablandırıb.