Bu ilin I yarısında Azərbaycanda bank kartları ilə 12 milyard manatlıq ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyard manat çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova məlumat verib.
Onun sözlərinə görə, son 1 ildə ölkədə kart sahiblərinin sayı 16,9% artaraq 5,8 milyon nəfərdən 6,7 milyon nəfərə çatıb. Kart əməliyyatlarında nağdsız dövriyyənin payı isə 15,7%-dən 20,1%-ə çatıb. Ölkədə elektron ticarətin həcmi isə 96,7% artaraq 676,7 milyon manatdan 1331,3 milyon manata çatıb.