Hindistan 2018-2019-cu maliyyə ilində 5,5 milyard dollar məbləğində vergi itirib

2019.07.28 15:05 (UTC+04:00)

Hindistanın Naliyyə nazirliyinin nümayəndəsi parlamentində çıxışı zamanı bildirib ki, 2018-2019-cu maliyyə ilində vergilərin ödənilməməsi və vergi fırıldağı ucabatından dövlət büdcəsi 379 milyard rupi (5,5 milyard ABŞ dolları) vəsait itirib. Deputatlardan biri isə qeyd edib ki, saxta hesab-fakturalara görə büdcənin itkisi 112 milyard rupi (1,62 milyard dollar) olub. Bildirilib ki, son maliyyə ilində vergi fırıldaqlığına görə 154 nəfər həbs edilib. Ümumiyyətlə, il ərzində 1620 hesab-fakturanın saxtalaşdırıldığı qeydə alınıb.