Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı necə məlumat almaq olar? VİDEO

2024.11.22 10:46 (UTC+04:00)

Vergi ödəyiciləri ölkədən çıxışlarına qadağa qoyulub-qoyulmadığı barədə Dövlət Vergi Xidmətinin rəsmi internet saytları vasitəsilə məlumat əldə edə bilərlər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bununla bağlı maarifləndirici videotəlimat hazırlayıb. Təlimat DVX-nin internet saytlarında təqdim olunan elektron xidmətlər vasitəsilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumatın verilməsi prosesini əks etdirir.