Almaniyada həmrəylik vergisinin dərəcəsi azaldılacaq

2019.07.27 16:56 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropanın nəhəng iqtisadiyyatı onillik inkişafdan sonra daha "mürəkkəb mərhələdədir" və daxili iqtisadiyyatı stimullaşdırmağa cəhd etmək üçün əsas var. "Stimul yalnız araşdırma və işlənmə sahəsində aparılan işi davam etdirməkdən ibarət deyil, həm də əlbəttə, ölkə iqtisadiyatının dəstəklənməsidir". Merkel bildirib ki, vergi ödəyicilərinin əksəriyyəti üçün 1990-cı ildən tətbiq edilən həmrəylik vergisi azaldılacaq, korporasiyalarla bağlı isə vergi islahatı aparılmayacaq. Almaniya kansleri vurğulayıb ki, onun fikrincə, iqtisadiyyatdakı eniş dünya ticarətində hökm sürən qeyri-müəyyənliklə əhəmiyyətli dərəcədə əlaqəlidir.