Nağdsız hesablaşmalar

2019.07.26 16:38 (UTC+04:00)

"Nağdsız hesablaşmalar" haqqında Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən, Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. İqtisadçı ekspert Anar Bayramov diqqəti "Nağdsız hesablaşmalar" haqqında Qanunun 3.5.-ci maddəsinə yönəldərək bildirib ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

Misal 1.Tutaq ki, "A" MMC kənd təsərrüfatı məhsullarının istehsalçısından 50.000 manatlıq məhsulu nağd qaydada alır. Məbləğin 30.000 manatdan çox olmasına baxmayaraq, bu əməliyyat nağdsız hesablaşma qaydasını pozmur. Bu maddədə diqqət çəkən məqam odur ki, qarşı tərəf vergi ödəyicisi olmasın. Əgər "A" MMC-nin 50.000 manatlıq kənd təsərrüfatı məhsulu aldığı şəxs vergi ödəyicisidirsə, o zaman qanunun tələbləri pozulmuş hesab olunacaq. Eyni misal əlvan və qara metal qırıntıları, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları və utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbuluna da aiddir.

1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsinin 101.6-cı maddəsinə görə, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.

Misal 2. Tutaq ki, "A" MMC vergi ödəyicisi olmayan fiziki şəxslərdən 40.000 manatlıq əlvan və qara metal qırıntılarının qəbulunu edib. Bu zaman həmin şəxslər üzrə 800 manat (40.000 manatın 2 faizi) ödəmə mənbəyində vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Fəxriyyə İKRAMQIZI