SİF: 8 yaşıl layihə üzrə 4,4 milyon manat güzəştli kredit ayrılıb

2024.11.16 15:53 (UTC+04:00)

İndiyədək Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 8 yaşıl layihə üzrə ümumilikdə 4,4 milyon manat güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, layihələrin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Yaşıl layihələrin maliyyələşməsi 2022-ci ildən etibarən həyata keçirilir.