COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb.
Energetika Nazirliyinin məlumatına görə, EBRD, ADB və AIIB tərəfindən maliyyələşdiriləcək 445 MVt-lıq Biləsuvar və 315 MVt-lıq Neftçala günəş enerjisi layihələrinin ümumi dəyərinin 670 milyon ABŞ dolları təşkil edəcəyi gözlənilir.
2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1,7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.