İqtisadiyyat naziri Moldovanın energetika naziri ilə görüşüb YENİLƏNİB

2024.11.15 18:17 (UTC+04:00)

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla görüşüb. Görüşdə ikitərəfli iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişafı barədə müzakirələr aparılıb, alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsinin, dayanıqlı iqtisadiyyatın təşviqinin və biznes strategiyalarının geoiqtisadi tələblərə uyğun formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Görüş iştirakçıları ölkələrimizin iqtisadi əlaqələrinin səmərəliliyinin artırılması üçün mövcud imkanları nəzərdən keçirərək, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə ediblər. Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikir mübadiləsi aparılıb.

-----

18:06

“COP29 çərçivəsində Moldovanın energetika naziri Viktor Parlikovla ölkələrimizin iqtisadi tərəfdaşlığının prioritet istiqamətləri, sənaye, energetika, nəqliyyat sahələrində birgə fəaliyyətin perspektivlərini müzakirə etdik. Yaşıl enerjinin ixracı və investisiyaların təşviqi imkanları barədə fikirlərimizi bölüşdük”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.